İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament partiyalarından müzakirəyə çıxarılan qanun layihəsinə REAKSİYALAR

1072 24.10.2022 15:13 Gündəm A A

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Milli Məclisdə dinləmələrdəki çıxışında təqdim olunan “Siyasi partiyalar haqqında” qanun layihəsini təqdir edib.

9d46d396-0060-3c81-9402-8e2d00210fe7_850.jpeg (78 KB)

Musavat.com-un xəbərinə görə, o bildirib ki, müzakirələrdən sonra qanun layihəsi komitə iclaslarında müzakirəyə çıxarıla, daha sonra plenar iclasa təqdim oluna bilər.

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev isə bir sıra mühüm məqamlara toxunub.

O, öncə “Siyasi partiyalar haqqında” qanun layihəsinin siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə hazırlandığı barədə iddiaları rədd edib. Qüdrət Həsənquliyev bildirib ki, burada pis niyyət olsaydı, ilk gündən bu layihəyə qarşı çıxış edərdi. Deputat təkliflərini də səsləndirib. O, Azərbaycanda 20 il yaşamış şəxsin siyasi partiya yaratması barədə müddəanı düzgün saymayıb və bununla bağlı düzəlişə ehtiyac olduğunu vurğulayıb. Q.Həsənquliyev qeyd edib ki, 18 yaşına çatmış vətəndaşın belə bir hüququ tanınmalıdır.

1640460394_img_20211225_232542.jpg (38 KB)

BAXCP sədri siyasi partiyaların qurultayının 5 ildən bir keçirilməsi tələbinin də çıxarılmalı olduğunu söyləyib. O bildirib ki, bunu siyasi partiyaların ixtiyarına buraxmaq lazımdır. Qüdrət Həsənquliyev xatırladıb ki, ölkədə prezident seçkiləri 7 ildən bir keçirilir.

Bundan əlavə, deputat seçkilərdə iki dəfə iştirak etməyən partiyaların fəaliyyətinin qadağan edilməsi müddəasına fərqli yanaşıb:

“Hakimiyyət siyasi partiyaların aktivliyini artırmaq istəyir. Bundan əlavə, partiyaların öz fəaliyyətini dayandırması, sonra bərpa etməsi məsələsi yığışdırılmalıdır”.

Qüdrət Həsənquliyev həmçinin bildirib ki, dövlət qulluqçuları siyasi partiyaların üzvü olmamalıdır: “Biz hansı meyar və prinsiplərlə bunu güc strukturlarına qadağan ediriksə, eyni yanaşma dövlət qulluqçularına da şamil edilməlidir”.

Partiya sədri deyib ki, qanun layihəsində çox mütərəqqi müddəalar var, bu qanun Azərbaycanda siyasi sistemin güclənməsinə kömək edəcək.

“İllər boyunca bu qanunun dəyişilməsi ilə bağlı təkliflər olub. Amma nədənsə dəyişikliklər məsələsi gündəmə gələndən sonra bəziləri buna qarşı çıxır”.

Bunu isə deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd edib.

69944d92-6c16-3f06-ad00-d9c01c4e04f8_850.jpg (65 KB)

O, müzakirələrin təşkilinə görə parlament sədrinə təşəkkürünü bildirib, müzakirələrdə iştirak edənlər sırasında keçmiş mübarizə yoldaşlarını gördüyünə görə məmnunluğunu ifadə edib.

Deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də qanun layihəsini mütərəqqi adlandırıb.

asim.jpg (66 KB)

O bildirib ki, ABŞ-da 400-dən artıq siyasi partiya mövcud olsa da, mübarizə iki partiya arasında gedir.  

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR