İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament AYAĞA QALXDI: “Satqınlar, bəsdir, sizə QAN lazımdır” - İlqar Məmmədovla CANLI

1909 22.12.2023 14:10 Gündəm A A

Bu gün Ali Baş Komandan topa atəş əmri vermir, bu gün Ali Baş Komandan futbolda topa vurur.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat deyib ki, bu gün Xankəndidən top səsləri yox, yenidənqurma səsləri gəlir: “Antimilli qüvvələr yenə də öz ağalarının tapşırığı ilə addımlar atmaqla məşğuldur. İnsanların sevincinin hədd-hüdudu olmayan dövrdə onlar başqa dövlətlərə müraciət edir ki, Azərbaycana sanksiya tətbiq etsinlər. Bu cür hərəkəti heç ermənilər etmir, heç erməni parlamentində etmirlər. Dünən Xankəndidə futbol oyununa ermənilər, xaricdə Fransa sevinmirdisə, daxildə də o qüvvələr sevinmirdi. Prezidentin hər atdığı addım dünyaya da, onlara da mesajdır ki, Azərbaycan müstəqil dövlətdir və Azərbaycanın işinə heç kim qarışa bilməz”.

Xaricdəki ermənipərəst dairələr tərəfindən son günlər səsləndirilən bəzi çağırışlara münasibət bildirmək istəyirəm. Onlar xalqımızı üsyana, inqilaba, küçələrdə barrikadalar qurmağa çağırırlar.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili əlavə edib ki, onlara seçki yox, qan lazımdır: “Amma anlamırlar ki, o dövrlər artıq arxada qalıb. Düşünürəm ki, onlara ən böyük cavab xalqımızın seçkilərdə aktiv iştirakı olacaq”.


Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının sədri İlqar Məmmədovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR