İnsanlara hürriyət, millətlərə istiqlal!

Papikyan: “Müxalifət hakimiyyətə gəlsə, müharibə qaçılmazdır”

945 20.03.2026 17:26 Region A A

“Onların mövqeyi birbaşa müharibəyə aparır”.

Musavat.com xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan müxalifətin mövqeyini sərt tənqid edib.

O, parlamentdə jurnalistlərə açıqlamasında bildirib ki, müxalifətin yanaşmaları regionda gərginliyi artırır və müharibə riskini yüksəldir.

Nazirin sözlərinə görə, müxalifətin bir hissəsinin çıxışları qonşu ölkələrə qarşı ərazi iddialarını ehtiva edir və bu da birbaşa müharibə deməkdir.

Papikyan qeyd edib ki, bu məsələdə əlavə izaha ehtiyac yoxdur:

“Bu mövqelər açıq şəkildə müharibəyə aparır və burada yeni heç nə yoxdur”.

Jurnalistlərin konkret olaraq kimlərin belə bəyanatlar verdiyi ilə bağlı sualına cavab verən nazir bildirib ki, baş nazir Nikol Paşinyan rəhbərlik etdiyi siyasi qüvvənin Qarabağ hərəkatını davam etdirməyəcəyini deyir, digər siyasi qüvvələrin isə əksəriyyəti bu xəttin davam etdirilməsinin tərəfdarıdır.

Papikyan müxalifətin bu mövqeyini sadəcə siyasi qiymətləndirmə kimi qəbul etmədiyini vurğulayıb:

“Bu, siyasi qiymətləndirmə deyil. Siyasi qiymətləndirmə məsuliyyətli olmalıdır”.

Suren Papikyan əlavə edib ki, baş nazirin müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Ermənistana müharibə təhlükəsinin yarana biləcəyi ilə bağlı fikirləri əsassız deyil.

“Onların militarist mövqeyi müharibəyə gətirib çıxaracaq. Mən yeni bir şey demirəm”, – deyə Papikyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR