İnsanlara hürriyət, millətlərə istiqlal!

Papazyan Makronu özündən necə asılı edib? – Ermənilər Fransa prezidentini əl uşağına döndərib

1313 29.06.2023 18:12 Son xəbər A A

Fransa prezidenti Emmanael Makronun erməni sevgisi artıq dillərdə dastandır. Makron sanki and içib ki, Ermənistandan və ya dünyanın başqa yerlərindən Fransaya gələn bütün erməniləri öz sarayında qəbul edəcək.

Axırıncı dəfə o, bir neçə gün öncə ermənilərin köhnə şovinist partiyası “Daşnaksütun”un büro üzvü, Fransa Erməni Təşkilatları Federasiyasının koordinasiya şurasının həmsədi Murad Papazyanı qəbul edib və onlara hesabat verib. 

Fransada Papazyanla eyni statusda olan onlarla diaspor təşkilatı var və onların rəhbərləri heç də Fransa prezidenti ilə təkbətək görüşə bilmirlər, olsa-olsa, Fransada yaşayan etnik azlıqların, icmaların ümumi toplantısında bir araya gəlirlər.

f63650eb254d18_63650eb254d6d.thumb.jpg (41 KB)

Üstəlik, Papazyan Ermənistan hökuməti tərəfindən 2022-ci ilin yayından etibarən Ermənistanda arzuolunmaz şəxs elan edilib və onun bu ölkəyə girişinə qadağa qoyulub.

Amma ortada erməni söhbəti varsa, Makronun tabı-tavanası qalmır, mütləq onlardan birinə xüsusi audensiya ayırır.

Papazyan isə Fransada doğulub-böyüsə də, deyəsən, ondakı erməni damarı Ermənistanda doğulub-böyüyənlərdən daha yoğundur. Özü bu barədə belə deyir: “Mən Fransada doğulsam da, özümü yüz faiz fransız və yüz faiz erməni sayıram”. Bununla da o birdən-birə iki xalqa yüz faiz mənsub olmaq riyakarlığını edən tək adam olduğunu ortaya qoyur. Anası bir, atası digər millətdən olan metislər belə o cür iddia irəli sürmürlər.

Belə bir adamla görüşən, ona hesabat verən Makron bununla erməni millətçilərinin əlində alət olduğunu göstərir, amma kənar müşahidəçilər üçün də qəribədir: bu sevginin, daha dəqiqi, ayrı-seçkiliyin altında nə dayanır?

f63cfeb5870b0e_63cfeb5870b54.thumb.jpg (81 KB)

                   Şəkildə: erməni şurasının digər həmsədri Ara Toranyan, Makron və Papazyan

Makron yalançı erməni təbliğatına bu qədərmi inanır, ciddiyə alır? Bəlkə Fransa prezidenti ilə ermənilərin arasında hansısa ciddi biznes əlaqəsi var? Ola bilər, Ermənistanda qonaq olarkən ermənilər ona elə bir hörmət, xidmət göstəriblər ki, Makron hər dəfə onu yadına salanda özünü dünya ermənilərinə minnətdar və ya borclu sayır? Ancaq əsas güman ora gedir ki, bu adamın seçki kampaniyasını ermənilər, Papazyan kimilər maliyyələşdirib və onu özlərindən asılı vəziyyətə salıblar.

Hər halda, belə olub-olmamasından asılı olmayaraq, Makron üçün dünyanın bir tərəfə, ermənilər bir tərəfə olması heç kəs üçün sirr deyil.

Ermənilərlə Makron arasında bu xüsusi isti münasibətlər II Qarabağ müharibəsindən əvvəl yaranmışdı, müharibə zamanı isə daha da şiddətləndi. Adam rəsmən ATƏT Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq vasitəçi missiyası daşıdığını unutdu və tərəf tutdu.

Makronun Papazyanın hüzurunda etdiyi etirafa görə, o, müharibə zamanı və ondan sonra ermənilər üçün əlindən gələn hər şeyi edib, Azərbaycanın dövlət başçısına təzyiq göstərmək istəyib, amma buna gücü çatmayıb.

Bu, hələ o zamandan bəlli idi. Makron gerçəkdən də çox çalışırdı, amma Prezident İlham Əliyev Qarabağı ermənilərdən azad etmək niyyətində qətiyyətli idi, həm cəbhədə, həm də beynəlxalq siyasi arenada milli maraqlarımızı ardıcıl müdafiə edirdi və heç bir təzyiqi qəbul etmirdi. Cənab Prezident bunu xarici ölkələrin jurnalistləri ilə müsahibəsində dəfələrlə təkrarlamışdı.

paşmekk.jpg (105 KB)

Elə sonuncu Kişinyov görüşündə də Paşinyanla Siam əkizləri kimi bir-birinə yapışmış halda hərəkət edən Makron yenə təşəbbüsü öz əlinə götürmək, iştirakçılar adından bəyanat yaymaq istədi, amma yenə də ölkəmizin liderindən sərt təpki aldı. Həmin vaxt İlham Əliyevin üzünə gülümsəyən Makronun Fransaya geri qayıdandan sonra başqa dil danışacağını proqnozlaşdırmışdıq. Elə də oldu, o, Parisə varid olan kimi ermənilərin xeyrinə bəyanat yaydı.

maroil.jpg (41 KB)

Mediada gedən xəbərlərdən aydın olur ki, Makron Kişinyovdan ölkəsinə qayıtdlqdan sonra dərhal Papazyanla əlaqə saxlayıb və bildirib ki, Kişinyovda Ermənistanın maraqlarını yalnız o qoruyub. Bu zaman o, Şolts və Şarl Mişeli də “baqaj”a qoyub, deyib ki, onlar ermənilərin faydasına səslərini çlxartmaylblar.

İndi belə bir adam öz ölkəsinin dərd-sərini, artmaqda olan problemlərini kənata qoyub, Ermənistanın qayğısını çəkir, onun dərdləri ilə yaşayır.

Ermənilərin Makrondan yapışaraq çabalaması isə suda boğulanın saman çöpündən yapışması kimi bir şeydir. Makron siyasi gücü makro olsa da, bizə vız gəlir, mikro olsa da.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR