İnsanlara hürriyət, millətlərə istiqlal!

Papa eynicinsli cütlüklərə xeyir-dua verilməsini yasaqlamır

379 21.12.2023 11:05 Dünya A A

Roma Papası Fransisk katolik keşişlərinə eynicinsli cütlüklərə xeyir-dua verməyə rəsmən icazə verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, pontifik tərəfindən imzalanmış müvafiq bəyannamə Vatikan İman Doktrinası İcması tərəfindən dərc edilib. Buna əsasən, xeyir-duaları liturgiyalar zamanı və ya kilsə ayinlərinin bir hissəsi kimi verməmək şərti ilə "normalara uyğun gəlməyən cütlüklər" ala bilər.

Sənəddə nikahla bağlı doktrinanın dəyişmədiyi vurğulanır. Bu, doktrinaya görə, yalnız kişi və qadın arasında bağlana bilər. Ayrı-ayrılıqda qeyd olunur ki, eyni cinsdən olan insanlar arasında birliyin xeyir-duası heç bir şəkildə, "nə geyimdə, nə də jestlərdə" toy mərasiminə bənzəməməlidir.

Vatikanın bəyanatı bəziləri tərəfindən Katolik Kilsəsində ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində atılan addım kimi qiymətləndirilib. Lakin bəzi LGBT hüquq müdafiəçilərinə görə, qərar kilsənin fikirlərində eynicinsli cütlüklərin heteroseksual cütlüklərdən daha aşağı mövqe tutduqlarını vurğulayır.

Mühafizəkar dairələr bu xəbərə Müqəddəs Taxt-tacın ünvanına kəskin tənqidlə cavab veriblər və bunun kilsədə parçalanmaya səbəb olacağından qorxduqlarını bildiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR