İnsanlara hürriyət, millətlərə istiqlal!

Pandemiya dövrünün abituriyentləri - imtahan gərginliyi, bal problemi...

744 23.06.2022 08:40 Təhsil A A

Dünyanı cənginə alan COVİD-19 pandemiyası bir çox sahələrdə böyük miqyaslı çətinliklər yaratdı. 2020-ci il martın 3-də Azərbaycanda rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlandı.

Təhsil Nazirliyi tərəfindən 2 telekanalda teledərslərə start verilməsi, ”Virtual məktəb" layihəsinin həyata keçirilməsi, müəllimlərin onlayn dərslər keçməsi təhsilin davamlılığında, təhsilalanların təhsildən kənar düşməsinin qarşısının alınmasında əhəmiyyətli rol oynadı. Lakin pandemiyanın yaratdığı problemlər hələ də hiss olunmaqdadır.

Belə ki, hazırda orta məktəb məzunları, yəni abituriyentlər çox gərgin dövrdən keçirlər. Son 2 ildə normal təhsil ala bilməyən məktəb məzunları hazırda ikinci- sonuncu cəhd qəbul imtahanına hazırlaşırlar.

İyulun ilk ongünlüyündə qruplar üzrə sonuncu qəbul (blok) imtahanı baş tutacaq. Açıqlamalar göstərir ki, 2 illik pandemiya təhsilin keyfiyyətinə ciddi mənfi təsir göstərib. Yüksək və orta bal toplayanların sayı əvvəlki illərlə müqayisədə azdır. İkinci cəhd imtahanında daha asan suallar təqdim edilməsini ekspertlər məqsədəuyğun sayırlar. Bu, həm də abituriyentlərin psixoloji gərginliyinin, depressiyaya düşməməsinin qarşısını ala bilər. Həmçinin müəyyən güzəştlər ödənişli ixtisaslara da marağı artıra bilər.

Dövlət məktəblərində yenilik kimi qəbul etdiyimiz bəzi tətbiqlər özəl  məktəblərdə 5-10 il öncədən tətbiq edilir” - Editor.az

Adil Vəliyev: “Bizdə ali məktəbə qəbul prosesi həddən artıq çətindir”

Təhsil eksperti Adil Vəliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan təhsil sistemindəki mürəkkəb proseslərdən biri məhz ali təhsil müəssisələrinə qəbulla bağlıdır: “Bizdə ali məktəbə qəbul prosesi həddən artıq çətindir. Məzun olmaq isə daha asandır. Düşünürəm ki, fərqli sistem tətbiq olunmalıdır. Demirəm ki, qəbul prosesini tamamilə asan etməliyik, hər kəs qəbul olmalıdır. Hər kəs ali təhsil alacaq deyə bir qayda, məcburiyyət yoxdur. Azərbaycanda yüksək ixtisaslı mütəxəssis yetişdirən peşə məktəbləri var. Ali təhsil almaq iş tapmaq üçün zəmanət vermir. Əsas faktorlar bilik və bacarıqdır. Universitetə qəbul məzun olmaqdan asan olmalıdır. Pandemiya dövründə bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də çətinliklər yaşandı. Biz onlayn təhsilə öyrəşməmişdik, nə şagirdlər, nə tələbələr, nə də müəllimlər buna hazır deyildi. Regionlarda internet problemi yaşandı. Lakin bir məqama diqqət edək, pandemiya dövründəki göstəricilər sonrakı dövrün göstəricilərinə nisbətən daha yaxşı oldu. Bu da sübut edir ki, əgər abituriyent oxumaq istəyirsə, bunun üçün çalışırsa, pandemiya çətinlik törətsə də qarşısına qoyduğu məqsədə çata bilər. Pandemiyanı və bununla əlaqədar yaranan çətinlikləri bəhanə gətirərək oxumaqdan yayınan uşaqlar da oldu.  Lakin nəzərə almaq lazımdır ki, bu bəhanələr çıxış yolu deyil. Bugünlərdə DİM-in dəvəti ilə tədbirdə iştirak etdim. Yoxlama komissiyalarının fəaliyyəti ilə maraqlananda gördüm ki, açıq tipli suallardan narazı qalan, məsələn, sualların yerini dəyişik salan, apelyasiyaya müraciət edən abiturientlərin  şikayətləri nəzərə alınır. O ki qaldı ikinci cəhd  imtahanının daha asan olması  barədə səslənən fikirlərə, belə bir qayda yoxdur. Çünki suallar vahid bazada toplanır, seçim kompüter vasitəsilə olur. Düşünürəm ki, qəbul çox da asan olmalı deyil”. 

Kamran Əsədov: “Peşə təhsilli şəxslər əmək bazarının tələblərinə cavab  vermirlər” - 05.08.2019, Sputnik Azərbaycan

Kamran Əsədov: “Hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri 6-17 yaşında olan insanın beyninə uyğun deyil”

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, keçirilən qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad edilən metodiki çərçivə çox aydın və birmənalıdır: “Hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramıdır. Buna görə də qəbul imtahanlarında istifadə edilən tapşırıqların bu proqramlardan kənar olduğuna dair iddialar reallıqdan çox uzaqdır və bu günə qədər belə iddiaların heç biri öz təsdiqini tapmayıb.

Göründüyü kimi, sualların mürəkkəblik və çətinlik səviyyəsi birbaşa kurikulumun mahiyyəti ilə bağlı olub öyrədənin (müəllimin) onu nə dərəcədə mənimsəməsi və öyrənənə (şagirdə) onu necə izah edə bilməsi ilə əlaqəlidir. Yeni model özündə daha çox biliyə əsaslanan təhsili ehtiva edir və bacarıqların köhnə modellə ölçülməsi bir o qədər mümkün deyil, yəni bir qədər fərqli yanaşma tələb edilir. Bir tərəfdən məzunlar yeni proqramla oxuyublar və bu proqramı bitirəndə yeni modelə, ölçmə alətlərinə ehtiyac yaranır. Eyni zamanda da bazarın, cəmiyyətin, dövrün tələbləri dəyişir və həmin tələblərin, dəyişikliklərin ölçülməsi yeniliklərə zərurət yaradır. Məlumdur ki, 11-ci sinfi bitirən uşaqlar iki dəfə imtahan verirdilər. Buraxılış imtahanı onların sonrakı həyatlarına o qədər də təsir etmirdi. Sonra isə qəbul imtahanları əsasında ali təhsil müəssisələrinə qəbul olunurdular. Yeniliklərdən sonra buraxılış imtahanları qəbul imtahanlarının bir hissəsi hesab edilir. Ümumilikdə, bu dəyişikliyin əsas nəticələrindən biri də odur ki, məktəbin müəyyən mənada rolu artır. Çünki buraxılış imtahanlarında əldə olunan nəticələr məzunun ali təhsil müəssisələrinə qəbulunda rol oynamağa başlayır. Təbii ki, birinci valideynlər və ictimaiyyət bu dəyişikliyə öyrəşəcək. İmtahanlar, yaxud ölçmə və qiymətləndirmə məzmuna uyğun olmalıdır. Yəni məzmun dəyişirsə, ölçmə və qiymətləndirmə də dəyişir.

2008-ci ildən kurikulum tətbiq edildikdən sonra yazılan dərsliklərdə varislik və vahidlik prinsipi gözlənilmədi. Bu da nəsillər arasında əlaqələri pozdu, əvvəlki illərdə məzun olanlar yeni kitabları oxuyub anlamaqda çətinlik çəkməyə başladılar. Dərslik fikir laboratoriyasıdır, tapşırıqlarda əlavə göstərişlər olmalı, şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Hesab edirəm ki, hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri 6-17 yaşında olan insanın beyninə uyğun deyil. Dərsliklərin məzmunundan belə məntiq çıxır ki, bu dərslikləri oxuyub başa vuran şagirdin elmi dərəcəsi olmalıdır. Çünki dərsliklərə demək olar ki, bakalavr, magistr pilləsində keçilən mövzular daxil edilib".

Əsədov qeyd etdi ki, bu il 11-ci sinif üzrə keçirilmiş buraxılış imtahanlarında 92 673 nəfər iştirak edib. Onlardan təxminən 23 650 nəfər 0-50 bal arası nəticə göstərib: “Şagirdlərin bu cür aşağı nəticə qazanması narahatedici məqamdır. Pandemiya buraxılış imtahanlarının nəticəsinə təsirsiz ötüşməyib. Şagirdlərin dərs prosesində iştirak etməməsinin buraxılış imtahanlarında özünü göstərəcəyi gözlənilən idi. DİM dövlətin müəyyən etdiyi standartları yoxlayır. İmtahan nəticələri yoxlanarkən pandemiya nəzərə alınmır. Halbuki bölgələrdə şagirdlərin çoxunda internetə əlçatanlığın olmaması onları dərs prosesindən kənarda qoyub. Bu isə xüsusilə dəqiq fənlərin, riyaziyyat fənninin tədrisində çətinlik yaradıb. Bu il 11-ci siniflərin nəticəsi açıqlanan 90 min məzunundan cəmi iki nəfər yüksək bal toplayıb. Buraxılış imtahanlarına çətinlik yaradan situasiya tipli suallardır. Bu sualların cavablandırılması məzunlara çətinlik törədir. Şagirdlər isə qapalı testlərə alışıblar. Bu da çox ciddi amildir. Biz buraxılış və qəbul imtahanlarından situasiya tipli sualları yığışdırmalıyıq. Builki imtahan nəticələri göstərir ki, məktəblər öz funksiyasını yerinə yetirə bilmir, tədrisin keyfiyyətinin aşağı olması imtahan nəticələrinə təsir edir".

Ekspert hesab edir ki,  qəbul qaydaları çox sadələşdirilib və abituriyentlər yüksək səviyyədə oxumaq istəmirlər: “Hər hansı fənn üzrə ”sıfır" ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz və ya ödənişli ixtisaslarını seçə bilərlər. Qəbul imtahanlarının birinci və ya ikinci mərhələsində hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər. İmtahanın hər iki mərhələsi üzrə ballar toplanır. Əgər ikinci mərhələ üzrə bal 100, ümumi bal isə 200-dürsə, abituriyent ali təhsil müəssisələrinin həm ödənişli, həm də ödənişsiz ixtisaslarının müsabiqəsində iştirak edə bilər".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR