İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda küçədə qadına hücum ediblər – Paltarındakı yazılara görə

653 29.02.2024 16:42 Dünya A A

Pakistanın Lahor şəhərində yoldan keçən onlarla şəxs rəngli paltarındakı ərəbcə yazıları Quran xətləri ilə səhv salaraq və bunu küfr kimi qiymətləndirərək qadına hücum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, əslində paltarın üzərində ərəbcə bircə “halva” (yəni “şirin”) sözü olub.

Bildirilir ki, qızın ətrafına 300-ə yaxın insan toplaşıb. O, əvvəlcə etirazçıları dağıtmağa çalışan polis əməkdaşları tərəfindən xilas edilib, sonra isə qadının ərazidən təhlükəsiz şəkildə çıxarılması üçün istintaqa cəlb olunduğunu bildiriblər.

Daha sonra polis məmuru artıq qara örtüyə bürünmüş qadını camaatın arasından keçirib aparıblar. Digər polis əməkdaşları isə onlar üçün dəhliz yaradıblar.

İzdiham arasında Pakistanın son dərəcə radikal islamçı partiyalarından birinin tərəfdarları da olub.

Küfrdə şübhəli bilinən qadın polis bölməsinə aparılıb və orada dəvət olunmuş bir neçə İslam ilahiyyatçısı onun paltarındakı mətnin Quranla heç bir əlaqəsi olmadığını təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR