İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan İranla bağlı TƏCİLİ iclas çağırdı, SEPAH mərkəzinə hücum edildi - Polkovniklə CANLI

805 19.01.2024 15:42 Siyasət A A

Pakistan Milli Təhlükəsizlik Komitəsi İranla bağlı bu gün günortadan sonra xüsusi iclas keçirəcək. Pakistanın dövlət mediası məlumat yayıb. Bildirilib ki, iclas müvəqqəti Baş nazir Ənvar ül-Haq Kakarın sədrliyi və ordu, hava qüvvələri, donanma komandirləri və kəşfiyyat qurumları rəhbərlərinin iştirakı ilə baş tutacaq. Görüşdə iki ölkə arasında yaşanan gərginliklə bağlı qərarlar qəbul olunacaq.

Yanvarın 18-i gecə saatlarında Sistan və Bəlucistan əyalətinin Aşar şəhərində SEPAH mərkəzinə silahlı hücum edilib. Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, mərkəzə hücum zamanı iriçaplı avtomat silahlardan atəş açılıb. İnsan itkisi və hücum edənlərin kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, yanvarın 16-ı SEPAH Pakistan ərazisində terrorçu saydığı “Ceyş ül-Ədl” qruplaşmasını hədəf alıb. Raket zərbələri nəticəsində iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verərək, İran səfirini geri çağırıb. Həmçinin, Tehrana bütün rəsmi səfərləri təxirə salıb. Yanvarın 18-də isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İran mediasının məlumatına görə, hücum nəticəsində ölənlərin sayı 12-yə çatıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şsir Ramaldanovla Yaxın Şərqi, Pakistan-İran gərginliyini, Ukrayna cəbhəsini və Cənubi Qafqazı müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR