İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü saatda yüzlə hərəkət edən taksidən bayıra atdı - ANBAAN VİDEO

902 09.09.2023 23:36 Hadisə A A

Rusiyanın Sankt-Peterburq şəhərində taksiyə əyləşən sərnişin özünü saatda 100 kilometr sürətlə hərəkət edən avtomobilin pəncərəsindən yola atıb.

Hadisə anbaan taksidə olan videoregistrator tərəfindən qeydə alınıb.

Taksi sürücüsünün sözlərinə görə, sərnişin özünü əvvəldən əsəbi aparıb və bunu sevdiyi qızla mübahisə etməsi ilə izah edib.

Xəsarət alan sərnişin xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta ağır olaraq qiymətləndirilib.
İlkin dindirmə zamanı sərnişin bildirib ki, sürücünün onu yanlış yerə aparmasından qorxaraq özünün avtomobildən yola atıb.

Sərnişin təhlükəsizlik kəmərini taxmadığına görə və yol hərəkəti qaydasının pozulması nəticəsində sərnişinin sağlamlığına zərər dəydiyinə görə, sürücüyə bir neçə protokol tərtib edilib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR