İnsanlara hürriyət, millətlərə istiqlal!

Özü ilə bərabər 2 qızını 5-ci mərtəbədən atmaqda suçlanan qadının işi məhkəmədə

371 17.03.2023 15:41 Kriminal A A

Bakıda ananın 3 və 4 yaşlarında 2 qızıyla birlikdə özünü binanın beşinci mərtəbəsindən bağlı məhkəmə araşdırmaları başlayıb. Musavat.com xəbər verir ki, bu dəhşətli olayın başvermə səbəbləri və başqa detallar Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

Hadisə nəticəsində uşaqlardan biri həyatını itirib. Aytən Abbasova və digər azyaşlı övladı isə xəstəxanaya çatdırılıb.

26 yaşlı Abbasova indi övladlarından birini qəsdən öldürməkdə, digərini isə öldürməyə cəhddə ittiham olunur. Onun ittiham edildiyi maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Amma Azərbaycan qanunvericiliyində qadınlar üçün ömürlük həbs cəzası yoxdur.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən Abbasova fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib. O, xeyli müddət psixiatriya xəstəxanasında saxlanılıb. Lakin 10-15 gün olar ki, evə buraxılıb. Hazırda da fəaliyyət qabiliyyəti olmadığına görə qardaşı onun qanuni nümayəndəsi təyin olunub. Abbasovanı məhkəməyə də qardaşı gətirib. Hadisə zamanı aldığı xəsarətlər nəticəsində onun yeriməsində problem yaranıb.

Hadisə 2022-ci ilin iyulunda Yeni Yasamaldakı binalardan birində baş verib. Aytən Abbasovanın həyat yoldaşı Suslan Abbasov əvvəllər Astara Rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində çalışıb. Sonradan Rusiyaya gedib, ailəsi isə Astaradan Bakıya köçüb. Hadisə baş verən evdə Abbasova uşaqları və qayınanası ilə birlikdə kirayə qalırmış.

Hadisə zamanı həyatını itirən və xəsarət alan azyaşlıların atası Suslan Abbasov zərərçəkmişlərin hüquqi varisi qismində tanınıb. Lakin o, məhkəmədə iştirak etməyib.

Hakimlər bu cinayət işinin məhkəmə araşdırmasının qapalı keçirilməsinə qərar verib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR