İnsanlara hürriyət, millətlərə istiqlal!

Özlərini qazi kimi təqdim edən şəxslər polislərə xəsarət yetirməyə cəhd göstərdilər

2555 23.09.2023 00:08 Son xəbər A A

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.

İddialara cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov Musavat.com-a bildirib ki, həmin şəxslərdən 2 nəfər polisin qanuni müdaxiləsindən yayınaraq intihara cəhd görüntüsü yaradıb.

Sentyabrın 22-də saat 21:30 radələrində özünü qazi kimi təqdim edən bir qrup şəxsin Bakı Dövlət Universitetinin tələbə yataqxanasına daxil olaraq bir neçə otağı zəbt etmələri ilə bağlı polisə məlumat daxil olub.

Həmin şəxslər sentyabrın 21-də və bu gün yataqxanada əlavə otaqlar zəbt etmək məqsədilə həmin ünvana gəliblər. Həmin şəxslərdən, borclu qismində axtarışda olan — 1993-cu il təvəllüdlü Mahmudov Rufan Aleksandr oğlu özünü “Varis" şəhid ailələri və qazılərə qayğı ictimai birliyinin üzvü və müharibə iştirakçısı kimi təqdim etməklə tabesizlik nümayiş etdirib, qanunsuz tələblər irəli sürüb.

Bu zaman R.Mahmudovla birlikdə əvvəllər də Yasamal rayonu A.Abbasov küçəsində yerləşən Həkimlərin təkmilləşdirmə İnstitutunun otaqlarını zəbt edən 3-cü dərəcəli əlillik statusu olan, 1993-cü il təvəllüdlü Süleymanov Ruslan Fazil oğlu və digərləri özlərini qazı kimi təqdim etməklə münaqişə yaradıblar, polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər. Onlar polis orqanına dəvət edilib. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində müvafiq tədbirlər görülür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR