İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir və konsert keçiriləcək

471 26.01.2024 11:53 Mədəniyyət A A

 

 

Azərbaycan gəncləri artıq 2 fevral tarixini - Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilən gənclər gününü qalib ölkənin qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər.

Azərbaycan dövləti ölkədə gənclər siyasətini uğurla həyata keçirir, Prezident İlham Əliyev gənclərə münasibətini qeyd edərək söyləyib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Bugün Azərbaycan gəncliyi həyatımızın hər bir sahəsində aktiv olaraq, ölkənin tərəqqisində fəal iştirak edir.

Özbəkistanda da dövlətin gənclərə xüsusi qayğı və dəstəyi vardır. Təsadüfi deyil ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2024-ci ili ölkədə “Gənclərin və biznesin dəstəklənməsi ili” elan edib.

Bu əlamətdar tarixlə əlaqədar cari il fevralın 2-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi ilə Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasında tədbir və konsert proqramı keçiriləcəkdir.

Konsertdə Azərbaycandan dəvət olunmuş beynəlxalq müsabiqələrin laureatları - gənc müğənnilər Kənan Qədimov və Aynur İsgəndərli, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” adlı rəqs ansamblının çıxışı da nəzərdə tutulub. Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Zəfərə gedən yol” adlı fotosərgi iştirakçılara təqdim olunacaqdır.

Tədbirə Özbəkistanda çalışan, yaşayan azərbaycanlı seçicilər, gənclər, habelə Özbək qonaqlar dəvət olunacaqlar.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəz gənclərlə sıx əməkdaşlıq edir, onlar üçün Mərkəzdə kurs və dərnəklər təşkil olunmuş və hər il gənclərlə bağlı çoxsaylı layihələr, müsabiqələr keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR