İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda 200-ə yaxın kriminal ünsür saxlanılıb

630 07.12.2023 17:07 Dünya A A

Özbəkistanda bütün ölkə ərazisində cinayətkarlığa qarşı böyük reydlər keçirilir.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, saxlanılan şəxslərdən narkotik vasitələr, psixotrop maddələr və müxtəlif silahlar götürülüb.

Daşkənd vilayətində cinayətkar dəstənin 34 üzvü saxlanılıb, onlardan 11-i barəsində cinayət işi başlanıb, 23-ü isə inzibati qaydada həbs edilib. Saxlanılan şəxslərdən narkotik vasitələr, psixotrop maddələr və lüləli silahlar götürülüb.

Özbəkistan mediası həmçinin yeganə qanuni oğru, “Baxti Ta.kentsli” və “Baxti Yangiabadski” ləqəbləri ilə tanınan 52 yaşlı Bəxtiyor Kudratullayevin saxlanması barədə məlumat yayıb.

Məlumata görə, respublika üzrə 200-ə yaxın oğru, o cümlədən “Saidaziz Medqorodok” ləqəbi ilə tanınan Səidəziz Saydəliyev saxlanılıb.

Fərqanədə xüsusi əməliyyatlar zamanı cinayətkar qruplaşmalarda iştirak edən 22 nəfər yaxalanıb. Saxlanılanlar arasında MMA döyüşçüsü Xumoyun Tuxtaurodov da var.

Bundan başqa, Fərqanə şəhərində keçirilən əməliyyat tədbiri zamanı cinayətkar qrupa rəhbərlik edərək hədə-qorxu və zor tətbiq etməklə xərac pul tələb edən M.Məmirov cinayəti törətdiyi yerdə tutularaq istintaq orqanlarına təhvil verilib.

Hüquq-mühafizə orqanları “Səlimbəy” kimi tanınan 73 yaşlı iş adamı Səlim Abduvəliyevə qarşı da cinayət işi açıb. 2017-ci ilin yanvarından Özbəkistan Milli Olimpiya Komitəsinin sədr müavini və Güləş Assosiasiyasının rəhbəridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR