İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

702 14.02.2024 22:40 Siyasət A A

Özbəkistanın Moskvadakı səfiri Botircon Asadov ölkənin jurnalistika universitetinin rektoru Şerzod Kudratxocayevin təhqiramiz bəyanatlarına görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, bu cür fikirlərin məzmunu və tonu Rusiya ilə Özbəkistanı birləşdirən dərin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ilə tam ziddiyyət təşkil edir.

“Rusiya Federasiyası Özbəkistan Xarici İşlər Nazirliyinin Kudratxocayevin iyrənc bəyanatlarına prinsipial qiymət verən rəsmi şərh təqdim edəcəyini gözləyir”, - deyə Rusiya XİN-dən bildirilib.

Qeyd edək ki, fevralın 13-də Şerzod Kudratxocayev yerli bloggerə müsahibəsində 1966-cı il zəlzələsindən sonra Daşkəndi bərpa etməyə gələn, Özbəkistanda yaşamaq üçün qalan, lakin heç vaxt özbək dilini öyrənməyən insanlar haqqında danışıb.

O, Karl Marksdan sitat gətirərək belə insanların “ya işğalçı, ya da axmaq” olduğunu söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR