İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan Prezidenti azərbaycanlı elm və mədəniyyət xadimlərini mükafatlandırıb

1203 30.08.2022 12:29 Mədəniyyət A A

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanda azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıb.

Musavat.com Özbəkistanın mediasına (https://qalampir.uz/news/shavkat-mirziyeev-bir-guru%D2%B3-ozarbayzhon-fuk-arolarini-mukofotladi-67701) istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Zakir qızı Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Məcid oğlu  Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Baxşəli oğlu Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Qasım qızı Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.

Musavat.com qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də özbəkistanlı mədəniyyət xadimlərini təltif edib.

https://qalampir.uz/news/shavkat-mirziyeev-bir-guru%D2%B3-ozarbayzhon-fuk-arolarini-mukofotladi-67701

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR