İnsanlara hürriyət, millətlərə istiqlal!

Övladının həyatını təhlükəyə atan Rəqsanədən AÇIQLAMA

830 19.07.2022 10:44 Şou-biznes A A

Ötən gün müğənni Rəqsanə İsmayılova instaqram hesabında canlı yayım açıb.

BAKU.WS xəbər verir ki, ifaçı mətbəxdə yemək bişirə-bişirə izləyicilərinin ona ünvanlanan suallarını cavablandırıb. Rəqsanə ötən gün qalmaqala səbəb olan oğlu Məhəmməd Əli ilə əri Fazil bəyin avtomobildə çəkilən görüntülərinə aydınlıq gətirib. Rəqsanə həmin videonun klip çəkilişi zamanı lentə alındığını bildirib:

"Bu gün instaqramda bir video paylaşdım. Bununla bağlı mənə o qədər yazanlar oldu ki... Bildirmək istəyirəm ki, həmin video klip çəkilişi zamanı lentə alınıb. Mənim həyat yoldaşım ciddi və kommunist adamdır. O, daim qayda və qanunlara əməl edir. Heç vaxt ola bilməz ki, mənim həyat yoldaşım qanunu pozsun".

Xatırladaq ki, Rəqsanənin ötən gün paylaşdığı görüntülərdə körpə oğlunun həyatına etinasız yanaşması öz əksini tapıb. Belə ki, sənətçinin həyat yoldaşı azyaşlı oğlu Məhəmməd Əli ilə sükan arxasında əyləşib. Bununla da o, körpənin həyatını təhlükəyə atıb. Fazil bəyin avtomobili təhlükəsizlik kəməri olmadan idarə etməsi də gözlərdən yayınmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR