İnsanlara hürriyət, millətlərə istiqlal!

Overçuk: "Ermənistanın hələ də Zəngəzur dəhlizi ilə bağlı yekun mövqeyi yoxdur, ona görə də...."

806 26.10.2023 15:55 Siyasət A A

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistan ərazisindən yan keçməklə İrandan keçən dəmir yolunun inşası barədə layihəni şərh edib.

Musavat.com xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.

“Şimal-Cənuba gəlincə, burada qarşılıqlı əlaqə tamamilə normaldır. Bundan əlavə, siz bilirsiniz ki, Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili ilə uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar və İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum imzalayıblar", - deyə Overçuk jurnalistlərə bildirib.

Rusiya rəsmisinin sözlərinə görə, İrandan keçən yol uzunluğuna görə Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir.

“Ermənistan ərazisindən keçən dəmir yolunun 42 km olacağı təxmin edilirdi. Bildiyimə görə, İran ərazisindən keçən dəmir yolu təxminən 50 km-dir, iki körpü və 8 km bütün fərq budur”, - deyə o bildirib.

O, Ermənistanın Mehridən keçən yol vasitəsilə Şimal-Cənub layihəsində iştirakı məsələsini də şərh edib.

Overçukun bildirdiyinə əsasən, layihənin bir hissəsi kimi Zəngəzur bölgəsi hazırda Ermənistan tərəfindən konkret mövqe olmadığına görə nəzərdən keçirilmir.

“Ermənistan hazırda Şimal-Cənub dəhlizinin bir hissəsi deyil. Çünki onlar Mehridən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıblar”, - deyə o söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR