İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən ilin son ayında OPEK üzrə neft hasilatı artıb

277 17.01.2024 19:57 Dünya A A

2023-cü ilin dekabrında OPEC neft hasilatını noyabr ayı ilə müqayisədə sutkada 73 min barel artıraraq 26,7 milyon barelə çatdırıb.

Musavat.com xəbər verir ki, gündə 1 milyon bareldən bir qədər çox hasilatla alyansdan çıxdığını elan edən Anqolanın hasilat həcmləri bu göstəriciyə daxil edilməyib.

Təşkilatın aylıq hesabatından aydın olur ki, istehsal əsasən Nigeriya və İraqda artıb, Küveyt, Səudiyyə Ərəbistanı və İranda isə azalıb.

OPEC+ sazişi çərçivəsində hasilat kvotalarını, eləcə də könüllü ixtisarları nəzərə alsaq, sazişdə iştirak edən OPEC ölkələrinin hasilatı hədəflənmiş 330 min barel səviyyəsinə çatmayıb. Kvotadan ən çox geri qalma Nigeriyada (324 min barel), Konqoda (65 min barel) və Ekvatorial Qvineya (66 min barel) qeydə alınıb.

2023-cü ildə OPEC+ ölkələri 2022-ci ildə müəyyən edilmiş hasilat kvotalarını dəyişməyib. Bununla belə, bir sıra OPEC+ ölkələri 2023-cü ilin may ayından dekabr ayına qədər hasilatı könüllü olaraq ümumilikdə 1,67 milyon barel azaltmağa razılaşıblar (OPEC ölkələri - təqribən 1 milyon barel, üstəlik Səudiyyə Ərəbistanı hasilatı daha 1 milyon barel azaldıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR