İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il silahlı münaqişə zonalarında 102 “mavi dəbilqəli” həlak olub

277 26.05.2023 17:03 Son xəbər A A

BMT-nin Nyu-Yorkdakı baş qərargahında təşkilatın sülhməramlılarına - “mavi dəbilqəlilərə” mükafatların təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, mükafatları təqdim edən BMT-nin Baş katibi Antonio Quterreş dünya üzrə 87 mindən çox sülhməramlının getdikcə daha təhlükəli və qeyri-müəyyən bir şəraitdə mülki insanları üçün "ümid və müdafiə çırağı" hesab edildiyini, ötən il daha 102 "mavi dəbilqəli"nin vəzifə başında həlak olduğunu bildirib. Onun sözlərinə görə, 125 ölkədən 12 əməliyyatda xidmət edən kişilər və qadınlar təhlükəsizlik, sabitlik və qanunun aliliyini dəstəkləmək üçün çalışırlar.

Antonio Quterreş vurğulayıb: “Onlar Birləşmiş Millətlər Təşkilatının sülhə sadiqliyinin rəmzi, təşkilatın döyünən ürəyidirlər. Dünyanın hər yerindən sülhməramlıları bir araya gətirməklə, bu missiya həm də birgə fəaliyyətdə çoxtərəfliliyin ruhlandırıcı simvoluna çevrildi. Lakin silahlı münaqişələrin getdikcə mürəkkəbləşməsi, durğunlaşan sülh prosesləri, terror fəaliyyətinin davamlı zərbələri, silahlı milislər, dəstə halında zorakılıq və transmilli cinayətlər nəticəsində icmalar, ölkələr və bütöv regionlar getdikcə daha çox zərər görür. Eyni zamanda, rəqəmsal dünya gərginliyin, bölünmənin, nifrətin, yanlışlığın və dezinformasiyanın qorxulu məkanına çevrilib. Təəssüflər olsun ki, sülhməramlılarımız sülhü qorumağa imkan olmayan yerlərdə getdikcə daha çox fəaliyyət göstərirlər”.

Baş katib Baş Assambleyanın zalında təmsil olunan hökumətləri BMT Nizamnaməsinin VII Fəsli üzrə Təhlükəsizlik Şurasının mandatı əsasında “sülhün mühafizəsi missiyalarının və terrorla mübarizə əməliyyatlarının yeni nəslinə ehtiyac barədə ciddi şəkildə düşünməyə” çağırıb. O, həmçinin terror təşkilatlarının maliyyə mənbələrinin kəsilməsi istiqamətində birgə fəaliyyətin zəruriliyini qeyd edib.

BMT-nin rəhbəri “Sülhməramlıları Memorialı”nın önünə əklil qoyub, BMT bayrağı altında xidmət edən bütün şəxslərin fədakarlığını ehtiramla yad edib. “Biz onların itkisinə görə kədərlənirik və onların ailələri, dostları və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Həlak olmuş sülhməramlıların sülhə verdikləri töhfələr heç vaxt unudulmayacaq”, deyə Antonio Quterreş vurğulayıb.

Sonra BMT-nin sülhməramlı əməliyyatlarının 75-ci ildönümündə sülh naminə həlak olan 4200-dən çox sülhməramlının siyahısı oxunub, onların 39 ölkəni təmsil etdiyi bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR