İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Macarıstan Türkiyə üzərindən 5,6 milyard kubmetr Rusiya qazı alıb

303 19.01.2024 19:42 Dünya A A

Macarıstan 2023-cü ildə “Türk axını” boru kəməri və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolları ilə Rusiyadan 5,6 milyard kubmetr qaz alıb.

Musavat.com xəbər verir ki, bu barədə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrinin energetika nazirlərinin Afinada keçirilən görüşündə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

O xatırladıb ki, 2023-cü ilin sonunda Bolqarıstan Rusiya qazının öz ərazisindən tranziti üçün tarifləri artırmağa çalışıb:

"Sonda Bolqarıstan Rusiya qazına əlavə haqqın tutulması ideyasından imtina etdi və buna görə də onun Bolqarıstan vasitəsilə Macarıstana nəqli maneəsiz davam edir. Keçən il bu marşrutla 5,6 milyard kubmetr qaz tədarük edildi. İl ərzində gündəlik tədarük 18 milyon kubmetrə yaxındır. Bizim yaxın əməkdaşlığa ehtiyacımız var, çünki yaxın gələcəkdə Azərbaycan qazının idxalı da qismən Bolqarıstan vasitəsilə həyata keçiriləcək”.

XİN rəhbəri özünün “Facebook” səhifəsində Afina görüşünə toxunaraq, orada Cənub-Şərqi və Mərkəzi Avropada enerji əməkdaşlığının gücləndirilməsi istiqamətində addımların müzakirə olunacağını qeyd edib:

“Bizim reseptimiz aydındır: nüvə enerjisinə qarşı ideoloji hücumları dayandırın, bölgədə daha çox qaz kəməri və elektrik kabeli çəkək və siyasi və ya ideoloji səbəblərə görə heç bir enerji mənbəyinə qarşı ayrı-seçkilik etməyin”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR