İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Avropa rekord həcmdə maye qaz alıb

482 02.01.2024 17:52 İqtisadiyyat A A

2023-cü ildə Avropa terminallarından Avrop İttifaqının qaz nəqli sisteminə daxil olan mayeləşdirilmiş təbii qazın (LNG) həcmi 131 milyard kubmetri keçərək bütün müşahidə dövrü üçün rekord həddə çatıb.

Musavat.com xəbər verir ki, Gas Infrastructure Europe-nin məlumatlarına görə, terminallardan Avropa qaz ötürmə sisteminə LNG daxilolmaları əvvəlki aylardakı artımdan sonra dekabrda azalıb. Dekabrın sonunda bu həcm 11,36 milyard kubmetr təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 4 faiz, keçən ildən isə 6 faiz azdır.

Ümumilikdə, 2023-cü ildə terminallardan Avropa qaz nəqli sisteminə LNG daxilolmaları təxminən 131,22 milyard kubmetr təşkil edib, bu isə əvvəlki ilə nisbətən 1,9 faiz çoxdur.

Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin dekabrın 29-na olan məlumatına görə, 2023-cü ildə LNG Avropada qaz təchizatı mənbələri arasında birinci yeri tutub – 40 faiz. İkinci yerdə 29 faiz payla Şimal dənizindən (əsasən Norveç qazı), üçüncü yerdə 11 faizlə Şimali Afrikadan tədarüklər gəlir.

Şərqdən tədarük edilən qazın payı (Rusiya qazı, Ukraynadan qaz tədarükü, eləcə də öz qazını Ukraynanın yeraltı qaz anbarlarından götürən Avropa şirkətləri) 9,7 faizə yüksəlib. Bu, Böyük Britaniyadan tədarük ediləndən (5,8 faiz) çoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR