İnsanlara hürriyət, millətlərə istiqlal!

Ostin təsdiqlədi: Ukrayna F-16-ları bu il alacaq

458 26.04.2024 19:55 Dünya A A

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Qərb tərəfdaşlarından Ukraynaya F-16 qırıcılarının tədarükünün bu il başlayacağını təsdiqləyib.

Musavat.com xəbər verir ki, o, bu barədə onlayn rejimdə Ukraynaya hərbi yardım göstərilməsi üzrə təmas qrupunun növbəti iclası başlamazdan əvvəl bildirib: “Bu il Ukraynaya təhvil verilən birdən çox F-16 eskadrilyasının, təmas qrupunun üzvləri tərəfindən təlim keçilmiş pilotlar və dəstək personalı ilə birlikdə çatdırılmasına başlanacaq”.

Ukrayna uzun müddətdir ki, tərəfdaşlarından ona F-16 qırıcılarının verilməsini xahiş edir. Bununla belə, Qərb pilotların və yerüstü xidmət personalının lazımi ilkin hazırlığı olmadan Kiyevi belə təyyarələrlə təmin etməyin mümkünsüzlüyünü vurğulayır.

Hollandiya, Danimarka, ABŞ və bir sıra digər Qərb ölkələri hazırda ukraynalı pilotların hazırlanmasında fəal iştirak edirlər.

Fevralın sonunda Danimarkanın baş naziri Mette Frederiksen F-16-ların ilk partiyasının bu ilin yazında Ukraynaya gələcəyini açıqlamışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR