İnsanlara hürriyət, millətlərə istiqlal!

Oskanyan: “Paşinyan hər hansı sənədi imzalamaq istəyirsə, bunu qeyd-şərtlə etməlidir”  

818 01.06.2023 16:13 Region A A


“2018-ci ildə hakimiyyət dəyişikliyindən, yəni əslində, yanlış seçim edildiyi bəlli olduqdan sonra erməni xalqı özünü ardı-arası kəsilməyən alçaldılma dövrünə gətirdi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Facebook səhifəsində yazıb.

“Biz 44 günlük müharibədə ağır məğlubiyyəti rüsvayçılığın kulminasiya nöqtəsi sayırdıq, amma sən demə bu, belə deyilmiş. Növbəti addım Nikol Paşinyan Qarabağı ilk dəfə şifahi olaraq Azərbaycana təslim etdiyi an olub və tezliklə şübhəsiz, onun dedikləri yazılı şəkildə həyata keçiriləcək. İndi Nikol Paşinyan Kişinyovdadır. Onun sənədi imzalayıb-imzalamayacağını bilmirəm, amma bu danışıqların nəticəsi hamı üçün həlledicidir.

Hesab edirəm ki, bu gün Ermənistanın Azərbaycanla hər hansı sənəd imzalamaqdan yayınmaq imkanı var. Nikol Paşinyan hər hansı sənədi imzalamaq istəyirsə, bunu Qarabağın gələcək statusuna dair qeyd-şərtlə etməlidir. Əgər Paşinyan dediklərini şifahi şəkildə imzalasa, bu, erməni xalqı üçün dönməz milli faciəyə çevriləcək”,-deyə Oskanyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR