İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuz hansı əraziləri NƏZARƏTə götürdü? - Qarabağda bu gün nələr baş verir?

4721 25.03.2023 20:54 Gündəm A A

Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.

Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı bəyanatda məlumat verilir.

Bildirilir ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.

Məlumat verilir ki, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Azərbaycan tərəfi çoxsaylı müraciətlər etsə də, bu istiqamətdə işlərə davam edilir. Buna görə də yeni məlumata əsasən, Azərbaycan artıq separatçılara qarşı özü mübarizəyə başlayıb və ermənilərin bütün silah daşınan yolları nəzarətə götürülür.

Qarabağdakı separatçı rejim və Rusiya MN də Azərbaycan ordusunun silah-sursat daşınan gizli yollara nəzarəti təmin etdiyini təsdiqləyib.

Bu və gündəmdəki digər xəbərləri bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişinin xüsusi buraxılışında izləyə bilərsiniz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR