İnsanlara hürriyət, millətlərə istiqlal!

Orbitdən Unikal kadrlar : meteor axınını və ildırım GÖRÜNTÜLƏRİ - VİDEO

1015 15.12.2025 03:03 Dünya A A

TASS agentliyinin Beynəlxalq Kosmik Stansiyadakı (BKS) xüsusi müxbiri Kud-Sverçkov Yer orbitindən nadir görüntülər əldə edib.

Musavat.com xəbər verir ki, o, kosmosdan Geminid meteor axınını, eləcə də Əbu-Dabi üzərində baş verən güclü ildırım fırtınasını lentə alıb.

Yayımlanan kadrlarda Yer atmosferinə daxil olan meteorların parlaq izləri aydın görünür. Eyni zamanda gecə vaxtı Əbu-Dabi üzərində baş verən göy gurultulu fırtına kosmosdan xüsusilə təsirli mənzərə yaradıb.

Mütəxəssislər qeyd edirlər ki, Geminidlər ilin ən güclü və ən parlaq meteor axınlarından biri hesab olunur. Bu cür hadisələrin orbitdən çəkilməsi isə elm və vizual müşahidə baxımından nadir imkanlar yaradır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR