İnsanlara hürriyət, millətlərə istiqlal!

Oqtay Əliyev dəfn olunub - YENİLƏNİB

5787 23.03.2023 13:48 Son xəbər A A

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dəfn olunub.

Musavat.com Report-a istinadən xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər.

Allah rəhmət eləsin!

***

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə vida mərasimi başa çatıb.

Musavat.com Report-a istinadən xəbər verir ki, mərhumun yaşadığı mənzildə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Hazırda mərhumun nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.

***

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevlə vida mərasimi başlayıb.

Musavat.com xəbər verir ki, sənətçi ilə vida mərasimində mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Oqtay Əliyev Abşeronun Mehdiabad qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, dünən O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Baku TV-nin mərhumla vida mərasimindən canlı yayımını təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR