İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK+ ölkələri neft hasilatını azaldır: Səudiyyə və Rusiyanın aparıcılığı ilə

631 02.04.2023 18:46 İqtisadiyyat A A

Dünya bazarında neft qiymətlərinin 74-75 dollar civarına düşməsindən sonra bir sıra istehsalçı ölkələr may ayından etibarən hasilatı azaldacaqlarını elan ediblər.

Musavat.com xəbər verir ki, OPEK+ razılaşmasının iştirakçıları olan bu ölkələr 2022-ci ilin oktyabrında 2023-cü ilin sonunadək gündəlik hasilatı 2 milyon barel azaltmaq barədə qərara əməl etmək üçün bu addımı atdıqlarını elan edirlər.

Beləliklə, Səudiyyə Ərəbistanı maydan başlayaraq gündəlik hasilatı 500 min barel, Birləşmiş Ərəb Əmirlikləri 144 min barel, İraq 211 min barel, Küveyt 128 min barel, Oman 40 min barel, Qazaxıstan isə 78 min barel azaldacaqlarını açıqlayıblar.

Qeyd edək ki, dünya bazarında neft qiymətlərinin 80 dollardan aşağı düşməsi ilk növbədə Rusiya və Səudiyyə Ərəbistanının mənafeyinə ciddi zərər vurur. Rusiya sanksiyalar üzündən öz neftini "Brent"dən 34-35 dollar ucuza satmalı olur. Qiymət 80 dollardan aşağı olduqda, bu, Moskvanın gəlirlərini kəskin azaldır.

Səudiyyə Ərəbistanı isə neftin 80 dollarlıq qiymətinə uyğunlaşdırıldığı üçün bu həddən aşağı qiymət ölkənin valyuta ehtiyatlarının azalmasına gətirib çıxarır. Buna görə də iki aparıcı dövlətin təsiri ilə digər razılaşma iştirakçıları da hasilatı azaldırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR