İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar Azərbaycanın tələbləri ilə razılaşırlar” - Balasanyandan format AÇIQLAMASI

720 22.07.2024 17:11 Region A A

“Bakı indiki mərhələdə Ermənistandan konstitusiyasına dəyişiklik etməsini, anklavları geri qaytarmağı, Sünik dəhlizini tələb edir. Belə görünür ki, onlar başqa heç nə ilə bağlı danışıqlar aparmaq niyyətində deyillər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Qriqori Balasanyan tərəfindən səslənib.

Erməni ekspert Avropa liderlərinin Azərbaycanın gündəliyi ilə razılaşdığını söyləyib.

“Bu o deməkdir ki, onlar ya Azərbaycan tərəfinin mövqeyi və tələbləri ilə razılaşırlar, ya da Bakıya təsir imkanları yoxdur. Əks halda media kameraları qarşısında heç olmasa rəsmi görüşü təmin edə bilərdilər”, - deyə o qeyd edib.

Balasanyanın fikrincə, hər iki halda bu vəziyyət sübut edir ki, “münaqişənin həlli üçün” Avropaya ümid bəsləmək olmaz.

“Ermənistan-Azərbaycan münasibətlərinin həllinin açarı “3+3” formatındadır”, - erməni politoloq bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR