İnsanlara hürriyət, millətlərə istiqlal!

Omanın Sultanı İlham Əliyevə təbrik məktubu göndərib

375 14.02.2024 18:40 Siyasət A A

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Sizin yeni prezidentlik dövrünüzdə xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərimizi daha da gücləndirmək niyyətimizi bir daha bildirirəm.

Dost Azərbaycanın və onun xalqının daha çox tərəqqi və firavanlığı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR