İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəni sarsıdan QƏTL: Tələbə bir ailəni...

1730 09.03.2024 22:32 Kriminal A A

Kanadanın paytaxtı Ottavada naməlum şəxs bıçaqla 14 nəfəri öldürüb.

Musavat.com Lent.az-a istinadla bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 19 yaşlı şri-lankalı tələbə saxlanılıb.

Polis onun həmyerliləri olan mərhumların ailəsini tanıdığını güman edir.

Kanadanın baş naziri Castin Trüdo başsağlığı verib və amansız qətl xəbərinin onu şok vəziyyətinə saldığını bildirib. O, bu cinayətin hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını istəyib.

Kanada paytaxtının meri bildirib ki, bu, şəhərin tarixində ən dəhşətli qətllərdən biridir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR