İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ölkəmizi elə bir vəziyyətə gətirdik ki..."

815 01.03.2024 17:15 Dünya A A

"Biz son 21 ildə bir çox sahələrdə böyük nailiyyətlər əldə etmişik. Biz möhkəm durmaq, milli namusumuzu, millətimizin hüquq və qanunlarını qorumaq üçün hər addımı atmışıq".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.

"İldə 5,5% böyüdük. Milli gəlirimizi 238 milyard dollardan 1 trilyon 119 milyard dollara yüksəltdik. Satınalma paritetinə görə milli gəlir sıralamasında ölkəmizi dünyada 11-ci yerə çıxardıq. İxracat 36 milyard dollardan 256 milyard dollara, turizm gəlirini 54,5 milyard dollara çatdırdıq. Müdafiə sənayesində daxili nisbəti 80%-ə çatdırdıq. Keçən həftə 5-ci nəsil döyüş təyyarəmiz "Kaan"ın uçuşu ilə bu sahədə fərqli bir mərhələyə yüksəldik. Xarici siyasətdə 163 olan nümayəndələrimizin sayı bu gün 261-ə çatıb. Beləliklə, ölkəmizi elə bir vəziyyətə gətirə bildik ki, hər sahədə onun mövqeyi nəzərə alınır. Türkiyə hər sahədə böyük güc kimi önə çıxır, həm Qərblə, həm də Şərqlə əməkdaşlıq qurmağı bacarır" - Türkiyə lideri qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR