İnsanlara hürriyət, millətlərə istiqlal!

Oljas Bektenov Qazaxıstanın baş naziri təyin edilib

614 06.02.2024 16:13 Dünya A A

Oljas Bektenov Qazaxıstanın yeni baş naziri təyin edilib.

Musavat.com Qazaxısyan mediasına istinadla xəbər verir ki, müvafiq sənədi dövlət başçısı Qasım-Jomart Tokayev 2024-cü il fevralın 6-da imzalayıb.

Milli Məclisin plenar iclasında deputatlar təqdim olunan namizədliyi təsdiqləyiblər.

Xatırladaq ki, bir müddət əvvəl Erlan Koşanov “Amanat” siyasi partiyası adından Qazaxıstan Respublikasının baş naziri vəzifəsinə Oljas Bektenovun namizədliyini irəli sürmüşdü.

Təhsilinə görə Olzhas Bektenov hüquqşünasdır, karyerasına Almatı ədliyyə orqanlarında aşağı vəzifələrdən başlayıb, sonra Astanaya köçüb. Dörd il əvvəl Nazirlər Kabineti aparatında sıravi məmur olub. Sonra Prezident Administrasiyasının rəhbəri vəzifəsinə irəli çəkilib.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR