İnsanlara hürriyət, millətlərə istiqlal!

Oliqarx oğlu Norveçdə həbs edildi-adı Ziya Məmmədovla bağlı işdə keçirdi

2364 22.10.2022 11:46 Gündəm A A

“Rusiya Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Vladimir Yakunin və oğlu Andrey Azərbaycan məmurları ilə korrupsiyada şübhəli bilinirdi  

“Rusiya Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Vladimir  Yakuninin oğlu Andrey Yakunin Norveçdə həbs edilib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, sabiq nazirin oğlunun həbsi qanunsuz olaraq dron uçurtmağa görədir. Məsələ burasındadır ki, Norveç bu ölkəyə gələn Rusiya turistləri üçün belə bir sanksiya tətbiq edib. Məlum olub ki, oliqarx oğlunun əslində Britaniya vətəndaşlığı var və tətbiq edilən sanksiyanı pozmayıb. Amma Norveç məhkəməsi onu Rusiya vətəndaşı hesab edib. Bu barədə Finnmark West District Məhkəməsinin verdiyi qərarda deyilir.

Qeyd edilib ki, bu qərara səbəb Andreyin yaxtasında tapılan Rusiya pasportu olub. O da məlum olub ki, saxlanılan şəxsin Böyük Britaniya vətəndaşlığı ilə yanaşı Rusiya pasportu da var və hazırda İtaliyada yaşayır. Məhkəmə qərarında deyilir ki, əgər oğul Yakunun Norveçə Rusiya pasportu ilə səyahət edibsə, bu halda onun həbsi qanunsuz deyil. Məhkəmə təqsirləndirilən şəxsin “cinayət törətməkdə şübhəli bilinməsi üçün kifayət qədər əsasların olduğu” qənaətinə gəlib. Xatırladaq ki, bundan əvvəl Norveçdə dronlardan istifadə edən daha bir neçə rusiyalı saxlanılıb. Məhkəmə onların adi turist olduğuna əmin olmasına baxmayaraq, iş bağlanmayacaq,  əlavə araşdırmanı Norveç təhlükəsizlik xidməti aparacaq. Bu səbəbdən Yakunin oğlunun taleyi hələ ki, sual altındadır.

148286.jpg (30 KB)

Qeyd edək ki, həm Yakunin, həm onun yeganə oğlunun adı Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış məlum beynəlxalq araşdırmada əsas fiquruntlardan biri kimi keçirdi. Müqavilə imzalanarkən nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.

Araşdırmanı əvvəlcə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi (OCCRP) birgə aparmışdı. Jurnalistlər aşkara çıxarmışdılar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilib, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülüb.

andrey.jpg (62 KB)

Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilib. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950” siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas" şirkətinə satılıb, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satıb. İsveç prokurorluğu bildirirdi ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizmi sayəsində “otkat” alıblar.

qandal-qolda - GÜNÜN NƏBZİ

Korrupsiya sövdələşmələrində Rusiya prezidenti Vladimir Putinin yaxını kimi tanınmış Yakuninin və oğlunun da adı vardı.  Yakunin şübhəli korrupsiya müqavilədə mühüm rol oynamışdı. Çünki siqnalizasiya avadanlıqlarını “Bombardier”dən alıb Azərbaycana satan “Multiserv Overseas” şirkəti Yakuninin oğlu Andrey ilə ortaq qurulmuşdu. 

10 ilə yaxın Rusiya dəmir yolu sektoruna rəhbərlik etmiş Vladimir Yakuninin sabiq nəqliyyat naziri Ziya Məmmədovla yaxşı münasibətləri olub. Yakunin 2015-ci ilin avqustunda istefaya göndərilsə də, hazırda da Avropada yenə bizneslə məşğul olur.

İsveç məhkəməsində bu korrupsiya işi uzun sürsə də, də ittihamlar sübuta yetirilmədi. Bildirilirdi ki, işin bağlanmasında oğlunun da adı keçən Yakununin və ətrafının ciddi rolu olmuşdu. Özünü xilas edən Yakun həm də Ziya Məmmədovun adını da “təmizləmişdi”.

Orxan ƏLİYEV,
Musavat.com   

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR