İnsanlara hürriyət, millətlərə istiqlal!

Öldüyü deyilən aktrisa bir gün sonra “DİRİLDİ” FOTO

948 04.02.2024 19:39 Şou-biznes A A

Hindistanın ən məşhur aktrisalarından biri olan Poonam Pandeyin xərçəngdən vəfat etdiyi açıqlanıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, ölümü ilə pərəstişkarlarını üzən 32 yaşlı Bollivud ulduzunun bir gün sonra ölmədiyi ortaya çıxıb.

Məlumata görə, aktrisanın xəstəlikdən vəfat etdiyini meneceri 1,3 milyon pərəstişkarına göndərdiyi sosial media mesajında ​​açıqlayıb:

"Bu səhər bizim üçün çətindir. Sizə dərin hüznlə bildiririk ki, xərçəng səbəbindən sevimli Poonamı itirdik".

Bir çox pərəstişkarı Pandeyin ölümündən şoka düşsə də, bir gün sonra əsl həqiqət ortaya çıxıb.

Belə ki, aktrisa ölümü ilə bağlı yalan danışdığını və məqsədinin bu xəstəliklə bağlı maarifləndirmək olduğunu bildirib. O, yalana görə peşman olmadığını, əksinə qürurlu olduğunu bildirib.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR