İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda yaşayış evində partlayış olub, xəsarət alan var

454 30.10.2022 17:29 Hadisə A A

Oğuz rayonunun Sincan kəndində yaşayış evində baş verən partlayış zamanı bir nəfər xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, kənd sakini İmran Süleyman oğlu Məmmədyarova məxsus yaşayış evində baş verən partlayış zamanı ev sahibinin oğlu Nurlan İmran oğlu Məmmədyarov xəsarət alıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR