İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oğru"lar Putini niyə dəstəkləyir? - DETALLAR

985 26.07.2022 16:54 Region A A

Rusiyanın kriminal sahə üzrə ixtisaslaşan media resursları "qanuni oğru"ların Kremlin sahibi Vladimir Putini dəstəklədiklərini yazır.

Musavat.com Qaynarinfo-ya istinadən xəbər verir ki, kriminal dünyaya yaxın olan, adı açıqlanmayan şəxslər iddia edir ki, "qanuni oğru"lar Russiya-Ukrayna müharibəsində Moskvanın ədalətli mövqe tutduğunu, bu baxımdan, Putini dəstəklədiklərini bildiririlər.

Materiallarda nüfuzlu "qanuni oğru"lar Zaxari Kalaşov (Şakro Molodoy) və Merab Canqveladzenin (Merab Suxumski) də adını hallandırırlar. Zaxari Kalaşov hazırda həbsxanadadır. O, vaxtaşırı hakimiyyətlə əlaqələrdə ittiham olunduğuna görə, maksimum şəkildə bu cür təmaslardan yayınır. Merab Canqveladzeyə gəlincə, o, hazırda Türkiyədə məskunlaşıb. Hər iki "qanuni oğru"nun kriminal dünyada rəqibləri kifayət qədərdir.

Digər tərəfdən, onların özünün də arasında ziddiyyət mövcuddur. Kriminal dünyaya yaxın şəxslər hesab edir ki, "qanuni oğru"ların Putini dəstəklədiyi barədə iddialarda Canqveladze və Kalaşovun adlarının hallandırılması məqsədli şəkildə ola bilər. "Ümumiyyətlə, "oğru dünyası" siyasi proseslərdən kənarda dayanan birlikdir. Oğru qaydaları hansısa "qanuni oğru"nunun hakimiyyəti, yaxud onun birinci şəxsini dəstəkləməsini qadağan edir. Ona görə də "qanuni oğru"lar bu tip təmaslardan, hətta bu barədə söhbətdən belə, yayınırlar. Əks təqdirdə onların "qanuni oğru" statusu şübhə altına alına bilər", - kriminal dünyaya yaxın mənbə bildirib.

Görünür, Rusiya mediası Ukraynaya təcavüzə haqq qazandırmaq, yaxud bu məsələdə Kremlin dəstəkləndiyi görüntüsünü yaratmaq üçün belə ucuz üsullara əl atıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR