İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlundan Tatlısəsə cavab: “Artistlik mənim peşəm deyil”

844 30.08.2022 15:58 Şou-biznes A A

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin oğlu Ahmet Tatlısəs atasının “özünü artist kimi apardı” sözlərinə reaksiya verib.

Musavat.com-un xəbərinə görə, Ahmet Tatlısəs sosial şəbəkədə bunları qeyd edib:

“Son zamanlar yaşananlarda yenə təəccüblə izlədiyim, oxuduğum, israrla edilən açıqlamalar gündəmdən düşmür. Artistlik nədir bilmirəm, bu mənim peşəm deyil”.

Xatırladaq ki, bir neçə gün öncə avtomobil qəzası keçirən İbrahim Tatlısəsin oğlunun hadisə yerində olmasından sonra ata-oğul arasında buzların əridiyi iddia edilmişdi. Müğənni isə məlumatların doğru olmadığını qeyd etmişdi:

“Heç kimlə barışmamışam. Gecə harada idi bəs? Niyə konsertimə gəlmədi. Sabahı gün səhər yeməyində hamımız bir yerdə idik, o, harada idi? Artist kimi gəldi, özünü göstərdi, getdi”.

Qeyd edək ki, Ahmet Tatlısəs bir müddət əvvəl “psixi sağlamlığından şübhələnirəm” deyərək atasını məhkəməyə vermiş və qəyyumluğunu tələb etmişdi. Bu iddiadan sonra sənətçi məhkəməyə müraciət edərək müdafiə istəmişdi. Hakim tərəflər arasında baş verənlərin maliyyə münaqişələrindən qaynaqlandığını əsas gətirərək müdafiə tələbini rədd etmişdi.

Xalidə Gəray
Musavat.com

ibrahim.png (24 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR