İnsanlara hürriyət, millətlərə istiqlal!

"O, zatən qalibdir" - ordumuzun zabitindən təsirli yazı

1860 07.12.2023 14:32 Siyasət A A

 

Təkcə Qarabağı deyil ürəklərimizi də fəth etməyi bacaran bir insan necə qalib olmaya bilər ki?!

Sizlərə yaxın keçmişimizdə yaşanmış bir hadisəni xatırlatmaq istəyirəm.

Hər birimizin xatirindədir mərhum Ulu Öndərimizin kursantlar qarşısında olan çıxışı. Yıxılması.

Bəli yıxılmışdı. Amma...

Geri dönmüşdü...Çıxışına davam etmişdi...Yaxşı xatırlayıram. Hər kəs onu ayaqda alqışlamışdı... 

 Bəlkə də həyatım boyu gördüyüm, görə biləcəyim ən möhtəşəm, ən içdən, ən səmimi alqışlar idi... Sözlərlə izahı yoxdur.

Olmazdı, əslində, qətiyyən olmazdı. Geri dönməli deyildi. Həkimlər buna icazə verməmişdi. Həyatı böyük risk altında idi. Qabırğaları sınmışdı...

Sağlamlıqdan önəmli nə ola bilərdi ki?!

Nə idi onu geri döndürən?! Axı, hər şey elə oradaca bitə bilərdi...Bəs niyə dönmüşdü?!


Tarixə nəzər salıram. Lap uzaq tarixlərə...

Qəhrəmanlar öz adlarını necə olub ki, tarixin silinməz səhifələrinə yazdıra biliblər?! Bəziləri öləcəklərini bilə-bilə öz doğru bildikləri yoldan dönməyiblər. Həyatları bahasına olsa belə. Dünya bunun örnəkləri ilə doludur.

Həyatı, yaşamı bahasına azadlıq mübarizəsindən vaz keçməmiş Babəkin, dərisi soyulsa da əqidəsindən dönməyən Nəsiminin, Müşfiqin, Cavidin və daha neçə qəhrəmanların övladlarıyıq biz.

Bəli, Heydər Əliyev də geri dönmüşdü. Özünün sərəncamı ilə yaradılan hərbi məktəbin kursantları önündəki çıxışını tamamlamaq üçün həyatı bahasına geri dönmüşdü.

O, yaxşı bilirdi. Bilirdi ki, əsgərə güc verən ona ruh yüksəkliyi verən bir Komandanın duruşudur.

Əsgər öz Komandanının cəsarətli olduğunu gördükdə onun arxasında mütləq gedir. Ölümün gözünə dik baxmağı bacarır.

Və illər sonra mərhum liderimizin əkdiyi fidanlar böyüdü. Düşmənə qan uddurdu. Ölümün üzərinə cəsarətlə yürüdü.

"Gedəcəyik, tarixi torpaqlarımıza mütləq gedəcəyik, geri dönəcəyik"  demişdi, Ulu Öndər.

Bəli, getdik. Geri dönməyi bacardıq. Yurdumuzu, yuvamızı düşmən tapdağından xilas etməyi bacardıq.

Onun missiyasını, arzularını davam etdirən bir rəhbərin, İlham Əliyevin "İrəli" komandası ilə birləşdik. Bir bədən olduq. Tarixi ədaləti bərpa elədik. Mədəni xalqımız və mədəni ordumuzla şanlı tariximizi özümüz yazdıq.

Bizlər təkcə Zəfər qazanmadıq. Həm də dünya tarixinə  müharibənin mədəniyyətini də yazdıq. Möhürümüzü vurduq. Bütöv Azərbaycan olduq.

Özünün də dediyi kimi bu qələbədə ən böyük pay əlbətdə ki, Vətən olanlarımızındır. Öz qanları, əziz canları ilə torpağı Vətən edən övladlarımızın sayəsində bu gün bütünük. Azad Azərbaycanıq.

İndi isə vəfa borcumuzu ödəməyin, sədaqətli olduğumuzu sübut etməyin tam zamanıdır.

7 fevral 2024-cü il tarixində keçiriləcək olan seçkilərdə Cənab İlham Əliyevə dəstəyimizi bildirmək istəyirəm. Biz döyüşçülər hər zaman Komandanımızın yanındayıq. Və biz mütləq zəfər qazanacayıq.

Qarşıda hələ bizlərin birlikdə  görəcəyimiz o qədər tele yüklü məsələlər var ki...

Allah xalqımızı qorusun. Var olsun ordumuz. Var olsun ordumuzun Komandiri.

Yanınızdayıq Komandan. Zəfər bizimdir!


WhatsApp Image 2023-12-07 at 14.31.00.jpeg (131 KB)

Hörmətlə : Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı İqbal Səfərov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR