TRT 1-də yayımlanan "Taşacak Bu Deniz" serialında növbəti ayrılıq yaşanıb.
Musavat.com xəbər verir ki, ekran işində Melina Miryano obrazını canlandıran aktrisa Gerçek Alnıaçık layihədən ayrıldığını açıqlayıb. Aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım edərək serialla vidalaşıb.
Gerçek Alnıaçık paylaşımında layihənin əvvəlcə 9 bölümlük planlaşdırıldığını, lakin hekayənin mövsüm sonunadək davam etdiyini qeyd edib. O, çəkiliş heyətinə, rejissorlara, aktyor dostlarına və tamaşaçılara təşəkkür edərək yeni layihələrdə yenidən görüşmək ümidi ilə sağollaşıb.
Qeyd edək ki, son günlər "Taşacak Bu Deniz" serialında ard-arda aktyor ayrılıqları yaşanır. Daha əvvəl aktyor Onur Dilberin də layihədən ayrıldığı bildirilmişdi
Könül
Musavat.com







