İnsanlara hürriyət, millətlərə istiqlal!

O bölgəyə diqqət çəkdilər – 2050-ci ilədək yoxa çıxa bilər

1565 20.01.2024 20:22 Dünya A A

Qlobal iqlim dəyişikliyi səbəbindən 2050-ci ilə qədər Alp dağlarında buzun həcmi 34-46 faiz azala bilər.

Bu barədə İsveçrənin Lozanna və Fransanın Qrenobl Universitetinin Alp dağlarındakı durumla bağlı araşdırmasında deyilir.

Elm adamları bildirirlər ki, qlobal temperaturun artmasının dayanacağı ən optimist ssenari 2050-ci ilə qədər Avropada yerləşən Alp dağlarında buzun ən azı 34 faizinin əriyəcəyi ilə bağlıdır.

Başqa bir hesablamaya görə, son 20 ildəki buzlaqların ərimə tendensiyası davam edərsə, 2050-ci ilə qədər buzlaqların həcminin təxminən 46 faizi yoxa çıxa bilər.

Son 10 ilin məlumatlarına əsaslansaq, bu nisbətin 65 faizə qədər artması da mümkündür.

Tədqiqatda fikirləri yer alan Lozanna Universitetinin müəllimi Samuel Kuk buzlaqlarla bağlı mövcud vəziyyətin daha da pis ola biləcəyinə diqqət çəkib. (Teleqraf.com)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR