İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Yorkda "Türk Evi"nə hücum edən şəxs türk imiş

822 24.05.2023 17:45 Gündəm A A

Nyu-Yorkda "Türk Evi"nə dəmir lomla kimin hücum etdiyi məlum olub.

BAKU.WS "Habertürk"ə istinadən xəbər verir ki "Ciner Media" Qrupunun ABŞ nümayəndəsi Əli Çınarın əldə etdiyi məlumata görə, basqın edən şəxsin türk olduğu açıqlanıb.

Lakin onun tutulub-tutulmadığına dair hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, mayın 22-də səhər saat 03:14-də ABŞ-nin Nyu-York şəhərində Türkiyə Baş Konsulluğunun yerləşdiyi binada "Türk Evi"nə hücum edilib. Naməlum şəxs "Türk Evi"nin aşağı mərtəbəsində bəzi pəncərələri dəmir lomla sındırıb.

Hücumdan sonra "Türk Evi" ətrafında təhlükəsizlik zolağı çəkən Nyu-York polisi hadisə ilə bağlı araşdırma başladıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR