İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə müharibəsi mümkündürmü?

1170 29.10.2022 12:06 Yazarlar A A

Bəli, Rusiya prezidenti Vladimir Putin növbəti Valday diskussiya klubundakı mətbuat konfransında nüvə müharibəsi olub – olmayacağı ilə maraqlananlara ölkəsinin hərbi doktrinasını oxumağı təklif etdi.

Əlbəttə ki, bu, qətiyyən təskinlik olmadı. Ona görə ki, dəfələrlə deyilib ki, Rusiyanın suverenliyinə və ərazi bütövlüyünə təhdid olacağı təqdirdə nüvə silahı tətbiq edlilə bilər. Amma Moskvanın suverenlyinin və ərazi bütövlüyünün bir maddi sərhədləri varmı? Bu yaxınlarda Kreml müharibə apardığı Ukraynanın ərazisinin bir hissəsində ”referendum” keçirdi və oranı öz ərazisi elan etdi. Son məlumatlara görə isə Kiyev bu ərazilərin bir hissəsini artıq qaytarıb və qalanlarını da qaytarmaq üzrədir. Rusiya bütün bunları öz “ərazi bütövlüyü”nə təhdid saymayacaqmı? Sabah Ukrayna ordusu Krıma yaxınlaşarsa, Rusiya bunu öz ərazilərinə təcavüz kimi qiymətləndirməyəcəkmi?

Məsələ də ondadır ki, bu sualların birmənalı cavabı yoxdur: nə qəti “hə” demək olur, nə də ki, “yox”.

Bilirsinizmi, avtoritar ölkələrin avtoritar liderlərinin böhranı onda başlayır ki, onlar özlərini ideoloji lider kimi təsəvvür və təqdim etməyə başlayırlar. Vladimir Putin artıq bu mərhələdədir. O, çıxışlarında öz “məqalə”lərinə istinad etməyə, onlardan sitatlar gətirməyə başlayıb. Sanki Rusiyanın böyük təbliğat maşını Putinə azlıq edir, o, özü yazılar yazmağa başlayıb, özünü ideoloq kimi hiss edir. Bu vaxta qədər Qərb dövlətləri deyirdilər ki, soyuq müharibə bitəndən sonra daha Rusiya qlobal çağırışlara və alternativ ideyalara malik ölkə deyil. Amma artıq bunun da axırı yetişir. Rusiya yenidən qlobal çağırışlarla və alternativ ideyalarla çıxış edir və bunların bir adı var: anti-qərbçilik. Bəli, Qərblə bağlı nə varsa, hamısı “təftiş” edilir, bir tərəfə atılır...

Qayıdaq nüvə müharibəsinə... Bəlkə də Karib böhranından sonra heç vaxt və heç kim bu haqda indiki kimi ciddi danışmamışdı. Bəli, Putin bunu inkar edir, amma Rusiyada xüsusi nüvə təlimləri keçirilir. Bunları kimin adına yazaq? Rusiyanın Ukraynada apardığı müharibə uzanır və o, Kremlin arzuladığı uğurla və templə davam etmir. Ukrayna ordusu rusların götürdüyü əraziləri qaytarmaq üzrədir, Xerson şəhəri, Mariupol demək olar ki, Kiyevin nəzarətindədi. Bunlar isə artıq Krımın astanasıdır. Sual olunur: təminat varmı ki, Moskva bunları öz “ərazi bütövlüyünə və suverenliyinə" təhdid saymayacaq? Məsələ də bundadır ki, belə təminat yoxdur.

Bir vaxt, daha doğrusu, 1990-cı illərdə Ukraynanın başını tovlayıb onu nüvə silahından məhrum etdilər. İndi isə nəinki Ukraynanı, hətta cəmi dünyanı nüvə silahı ilə təhdid edirlər. Əlbəttə, Ukraynanın nüvə silahı olsaydı, Rusiya buna cəsarət etməzdi.

Nüvə silahını yaradan böyük fiziklər, o cümlədən də məşhur Andrey Saxarov yazırdı ki, nüvə silahı qlobal müharibələrin qarşısını aldı. Bəli, ən azı formal baxımdan belədir. Amma formal baxımdan. Üstəlik, hazırkı Ukrayna-Rusiya müharibəsi bu müstəvidə dönüş ola bilər.

Birincisi, Qərb hələ ki bu müharibədə tərəf olmadığını deyir, amma bu formal baxımdan belədir, yalnız formal baxımdan. İkincisi, bir daha deyirik ki, heç vaxt, ən azı Karib böhranından sonra nüvə müharibəsi haqqında belə ciddiliklə danışılmamışdı...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR