İnsanlara hürriyət, millətlərə istiqlal!

Nümayəndələr Palatası qəbul etdi, Senatda qarşısı alındı

549 17.06.2026 09:18 Dünya A A

ABŞ Senatı ABŞ prezidenti Donald Trampın İrandakı hərbi səlahiyyətlərini məhdudlaşdırmağı hədəfləyən qətnaməni qəbul edə bilməyib.

Musavat.com xəbər verir ki, səsverməyə əsasən, 47 senator qətnamənin lehinə, 48 senator isə əleyhinə səs verib.

Respublikaçı senatorlar Rand Paul, Bill Cassidy, Lisa Murkowski və Syuzan Collins qətnaməni dəstəkləyiblər. Demokrat millət vəkili John Fetterman isə dəstəkləməyib.

Son aylarda ABŞ prezidentin Konqresin təsdiqi olmadan başqa bir ölkəyə qarşı uzunmüddətli hərbi əməliyyatlar aparmaq hüququna malik olub-olmadığını fəal şəkildə müzakirə edir.

Tramp administrasiyası bu işdə heç bir məhdudiyyət olmadığını düşünür. Lakin Konqresin bir çox üzvü hesab edir ki, belə hallarda təkcə icra hakimiyyətindən deyil, həm də qanunvericilik hakimiyyətindən yaşıl işıq tələb olunur.

1973-cü il Müharibə Səlahiyyətləri Qanununa əsasən, Konqres müharibə elan etmək üçün səs vermədiyi və ya güc tətbiqinə icazə verən qanunvericilik qəbul etmədiyi təqdirdə, prezident 60 gündən sonra hərbi əməliyyatları dayandırmalıdır. Qanun birdəfəlik 30 günlük uzadılmaya icazə verir, lakin bu, yalnız prezident Konqresə yazılı şəkildə Amerika qoşunlarının təhlükəsiz şəkildə geri çəkilməsini təmin etmək üçün əlavə vaxtın lazım olduğunu təsdiqlədiyi təqdirdə mümkündür.

Konqres hələ İrana qarşı hərbi güc tətbiqinə icazə verməyib və Ağ Ev belə bir icazə almağı planlaşdırdığını açıq şəkildə bildirməyib.

Ötən gün Senatda səsverməyə çıxarılan qətnamə 1 həftə əvvəl Nümayəndələr Palatasında qəbul olunmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR