İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbəti Şuşa haray-həşiri - İsfar və Şuşanın qardaşlaşması erməniləri QƏZƏBLƏNDİRİB

1182 07.04.2023 11:59 Son xəbər A A

"Azərbaycan tərəfindən işğal olunan erməni şəhəri Şuşi və Tacikistanın  İsfar şəhəri qardaşlaşıblar. Protokolu Tacikistan imzalayıb. Farsdilli (irandilli) Tacikistanın türkdilli Azərbaycana doğru geosiyasi dönüşü politoloqları təəccübləndirir, çünki bu, İran və Azərbaycan arasında dövlətlərarası münasibətlərin kəskinləşməsi fonunda baş verir".

Musavat.com xəbər verir ki, bu sərsəm iddia və təstə təsbitlə Rusiya ermənilərinin  yerkramas.org saytı çıxış edib (https://www.yerkramas.org/article/190747/provokaciya-v-dushanbe). Sayt müvafiq yazısına "Düşənbədə təxribat" başlığı qoyub. 

Tacik və rus oxucuları "məlumatlandımaq" istədiyini bildirən müəllif həmişə olduğu kimi, Şuşanı erməni şəhəri adlandırır, şəhərdə çoxlu erməni abidələrinin olduğunu iddia edir. 

Şuşadakı erməni kilsəsinin təmir olunduğunu əks etdirən yazıda eyni zamanda iddia olunur ki, erməni mədəniyyət abidələri, kilsələr məhv edilir.

 

 

Məqalədə ona da vurğu olunur ki, farsdilli Tacikistanın türkdilli Azərbaycana yaxınlaşması doğru deyil.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR