İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç “Qəzza Sülh Şurası”na qoşulmaqdan imtina etdi

703 21.01.2026 16:05 Dünya A A

Norveç “Qəzza Sülh Şurası”na üzv olmağa hazır olmadığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Norveç baş nazirinin kanselyariyasının dövlət katibi Kristoffer Toner məlumat verib.

Toner bildirib ki, Norveç hesab edir ki, Qəzza bölgəsində sülhün təmin olunması üçün təkliflər mövcud beynəlxalq strukturlar çərçivəsində, xüsusən BMT vasitəsilə hazırlanmalıdır:

“Sülhün əldə olunması üçün hərəkətlər və təkliflər yalnız artıq mövcud olan strukturlar daxilində həyata keçirilməlidir. Qəzza Sülh Şurası isə bu çərçivədən kənara çıxır”, – deyə Toner vurğulayıb.

Bu qərar ABŞ-ın təşəbbüsü ilə yaradılan şuraya qarşı Avropa ölkələrinin ehtiyatlı yanaşmasının göstəricisi kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR