İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç fondu “Saudi Aramco”nun səhmlərini portfelindən çıxartı

530 28.12.2023 19:42 İqtisadiyyat A A

Norveçin ən böyük pensiya fondu KLP “Saudi Aramco” da daxil olmaqla 11 Körfəz şirkətinin səhmlərini portfelindən çıxarıb.

Musavat.com xəbər verir ki, fonddan verilən açıqlamaya görə, bu addım "qəbuledilməz dərəcədə yüksək" insan haqları riskləri və iqlim gözləntilərinin yerinə yetirilməməsinə görə atılıb.

Şirkətlər, “Aramco” istisna olmaqla, telekommunikasiya sənayesi və daşınmaz əmlak bazarında fəaliyyət göstərirlər. Fonddan bildirilib ki, satılan səhmlərin ümumi dəyəri 15 milyon dollar olub.

KLP-nin məsul sərmayələr üzrə rəhbəri Kiran Əziz deyib: “Bu şirkətlərin xaric edilməsi üçün ümumi əsas ondan ibarətdir ki, Körfəz ölkələrində tənqidçilərin və insan haqları fəallarının da daxil olduğu ifadə azadlığını və siyasi hüquqları məhdudlaşdıran avtoritar rejimlər hakimiyyətdə qalmağa davam edir”.

Əzizin sözlərinə görə, “Saudi Aramco” ilk növbədə enerji keçid planının olmaması səbəbindən portfeldən çıxarılıb.

“Aramco”nun 90%-i Səudiyyə hakimiyyətinə məxsusdur və bu da fondun qərarına təsir edib. Bundan əlavə, emitent iqlim dəyişikliyi ilə mübarizə planları baxımından neft-qaz şirkətləri üçün gözləntilərini doğrultmur.

KLP 700 milyard Norveç kronundan (70 milyard dollar) çox olan aktivləri idarə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR