İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nobel” almış nəşrin Qarabağ qərəzi və erməni diplomatın yalanı

668 27.05.2023 10:50 Siyasət A A

2021-ci ildə Nobel Sülh Mükafatı almış Dmitri Muratovun rəhbərlik etdiyi “Novaya qazeta” dan Azərbaycan həqiqətlərini təhrif edən mövqe

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bötüvlüyünü keçmiş Dağlıq Qarabağ da daxil tanıdıqları haqda bəyanatı təkcə Rusiyanın hakimiyyətyönlü mediasında deyil, özünü obyektiv, qərəzsiz kimi təqdim edən bəzi nəşrlər də nədənsə, ciddi narahatlıq doğurub. Ermənistanın Rusiyadakı keçmiş səfiri, politoloq və diplomat Stepan Qriqoryan “Novaya qazeta”ya dedikləri də buna sübutdur. Sabiq səfirin mövqeyi aydındır, amma 2021-ci ildə Nobel Sülh Mükafatı almış Dmitri Muratovun rəhbərlik etdiyi nəşrdə Azərbaycan həqiqətlərini təhrif edən suallar verilməsi həqiqətən də üzücüdür. Bu həm də o deməkdir ki, bu cür mükafatlar həm də bəzi həqiqətləri görməmək üçün verilir.

Məsələn, nəşrin sabiq səfirə ilk sualına diqqət edək: “Nikol Paşinyan ilk dəfə deyil ki, 1991-ci ildən Azərbaycanın sərhədlərini tanımağa, yəni faktiki olaraq Qarabağı təslim etməyə hazırdır. Ermənistanda bunu necə qarşıladılar? İnsanları kədərləndirdi, yoxsa qəzəbləndirdi?”

Özünü obyektiv media kimi gözə soxan nəşrin müsahibədsində bu cür yönəldici mövqeyi var. Sadəcə, sabiq səfirin dediklərində bəzi diqqətçəkın məqamlar olduğu üçün Musavat.com oxucularına təqdim etməyi lazım bildik.

Sabiq səfir deyib ki, Paşinyanın Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı mövqeyi çoxlarını - məsələn, rusiyapərəst müxalifəti əsəbləşdirib və qəzəbləndirib. Qriqonyan iddia edib ki, əslində narahatlıqlar onunla bağlıdır ki, ermənilərin çoxu Qarabağ məsələsinin nə olduğunu bilmirlər: “Onun haqqında eşidiblər, istəyirlər ki, Qarabağ erməniləri təhlükəsiz şəraitdə yaşasınlar, amma Ermənistanda bu məsələdən xəbərsizliyin nə qədər geniş yayılması məni heyrətə gətirir”.

styopa.jpg (6 KB)

“Bəs ermənilərin bilmədiyi nə var”sualına sabiq səfirin cavabı: “1991-ci ildə Ali Sovetin deputatı idim, sonra Ermənistan Levon Ter-Petrosyanın rəhbərliyi ilə sərhədlərin qarşılıqlı tanınması ilə bağlı Alma-Ata bəyannaməsinə qoşuldu. Bəzi ölkələr sonradan ona qoşuldu, lakin Ermənistan və Azərbaycan sənədi dərhal imzaladı. Yəni biz Azərbaycanın ərazi bütövlüyünü tanıdıq, bu, yeni fakt deyil. Amma Ermənistan Ali Soveti artıq həmin vaxt qeyd-şərt qoyub: bunun Dağlıq Qarabağ probleminə aidiyyatı yoxdur. Dağlıq Qarabağ problemi öz müqəddəratını təyinetmə problemidir. Bunun Ermənistanla heç bir əlaqəsi yoxdur.”

Qriqoryanın deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev problemi mükəmməl başa düşür. “Onun ikinci tələbi olduğunu indi az adam xatırlayır. O deyir ki, siz nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqsınız, həm də rəsmi şəkildə deyəcəksiniz: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir””.

Sabiq səfirə görə, Paşinyan bunu deməyə cəsarət etməz: “Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanındığı sənədi imzalamağa cəsarət etməyəcək. Buna görə də o, “Stepanakert(Xankəndi-red)-Bakı” formatında danışıqlara təşəbbüs göstərib. Birləşmiş Ştatlar da bu formatı dəstəkləyir, çünki sülh üçün şans verən budur. Paşinyanın bütün bəyanatı belədir: biz sizin ərazi bütövlüyünü tanıyırıq, lakin siz ikitərəfli formatda danışıqlara razı olmalısınız. Üstəlik, bu format beynəlxalq səviyyədə rəsmiləşdirilməlidir, yəni vasitəçilər şərti olaraq Rusiya, ABŞ və Fransa olmalıdır. Əliyev danışqlara hazırdır, ancaq bu formatın beynəlxalq səviyyədə rəsmiləşdirilməsinin əleyhinədir. Beynəlxalq formatda da danışıqlar o demək deyil ki, söhbət Qarabağın müstəqilliyindən gedəcək. Bu o deməkdir ki, danışıqlar davam etdiyi müddətdə müharibə olmayacaq. Bəli, Qərbdə etiraf edirlər ki, Qarabağ Azərbaycanın bir hissəsidir, amma məsələni ancaq danışıqlar yolu ilə həll etmək lazımdır”.

Sabiq səfir Zəngəzur dəhlizinin açılmamasında İranın, Ermənistanın və ABŞ-ın maraqlarının üst-üstə düşdüyünü deyir: “Rusiya Meğri(Zəngəzur-red) dəhlizinə çıxış əldə etməklə sanksiyalardan yan keçmək istəyir. Buna qarşı çıxmaqla Ermənistanın maraqları ABŞ-la üst-üstə düşür”.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR