İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikolayev vilayət hərbi administrasiyası: "Ruslar nəticələrə hazır deyildilər, panikaya düşdülər"

849 06.06.2023 12:46 Gündəm A A

"Kaxovskaya SES-in partladılması ilə ruslarar göstərdilər ki, onlar nəticələrə hazır deyillər və panikaya düşüblər.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu sözləri Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim  deyib. O, bildirib ki, rus işğalçıları Kaxovskaya SES-in avadanlığını zədələmək istəyiblər, lakin hər şey onların istədiyi kimi getməyib, nəticədə SES tamamilə dağılıb, şəhəri su basıb.

Kim əhaliyə müraciətində bildirib ki, bu gün Kaxovskaya SES-də terror aktı baş verib, lakin hazırda bütün xidmətlər istənilən fəsadların aradan qaldırılmasına hazırdır: 

"Biz bütün tapşırıqları yerinə yetirməyə hazırıq, bütün məntəqələr hazır vəziyyət gətirilib, avtobuslar, marşrutlar - hər şey hazırlanıb. Biz Xersondan olan həmkarlarımızla, hökumətlə, hamı ilə sıx əməkdaşlıq edirik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR