İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Bakıdan “yeni müharibə” gözləyir – Kamran Həsənli və Sevinc Telmanqızı CANLIda

393 20.11.2023 16:04 Son xəbər A A

Təəssüf ki, mən heç nə deyə bilmərəm, çünki Azərbaycanın dövlət səviyyəsində belə bəyanatları ilə tanış deyiləm.

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan tərəfdən “yeni eskalasiya görməsi” haqda sözlərini şərh edərkən deyib.

Bu istiqamətdə jurnalistlərin suallarını cavablandıran Peskov bildirib ki, biz Azərbaycan rəhbərliyindən tam fərqli bəyanatlar eşitmişik:

“Onlar (Azərbaycan – red.) geriçəkilmə zərurətinin bir mərhələsinin başa çatması və sülh müqaviləsi bağlamağa hazır olması barədə dəqiq danışırlar. Ona görə də hazırda cənab Paşinyanın bəyanatlarının bu hissəsi ilə bağlı konkret heç nə deyə bilmərəm”.

Qeyd edək ki, Paşinyan ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən iclası zamanı Bakının irəli sürdüyü “Qərbi Azərbaycan konsepsiyası”na görə yeni eskalasiya təhlükəsi gördüyünü iddia edib. O, həmçinin bəyan edib ki, İrəvan məhbusları qaytarmaqdan imtina edən Bakının mövqeyini başa düşmür.

Bu və gündəmdəki digər xəbərləri aparıcı Kamran Həsənli ilə Sevinc Telmanqızı gündəmi müzakirə edəcək. Kamranla 1 verilişində aktiv olmaq üçün siz də suallarınızı və rəylərinizi yazın.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR