İnsanlara hürriyət, millətlərə istiqlal!

Nihat Doğanın toyunda havaya atəş açıldı, tənqid olundu - VİDEO

516 10.08.2022 09:45 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Nihat Doğan iranlı pərəstişkarı Arzu adlı xanımla evlənib.

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə ifaçının toyundan görüntülər yayılıb.

Videolarda qonaqların rəqsi zamanı havaya silahla atəş açıldığı görünür. Atəş açan şəxsin əvvəlcə Nihata yaxınlaşaraq onun razılığını aldığı da diqqətdən yayınmayıb. İzləyicilər çox sayda qonaqların və uşaqların olduğu yerdə bu hərəkətin edilməsini birmənalı qarşılamayıblar.

Görüntülərə "Uşağını götürərək oradan uzaqlaşan ana vəziyyətin ciddiliyini göstərir. Bitmədi, bu toylardakı silahla atəş açmaq kimi axmaq "adət", "Necə də lazımsız bir hərəkət", "Hər kəs özünə yaraşanı edir. Nihatdan da ancaq belə axmaqlıq gözlənərdi", "Düz uşağın yanında edirlər, rəzillik" kimi tənqid dolu şərhlər yazılıb.

Qeyd edək ki, Arzu Doğan 3 aylıq hamilədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR